Accessibility links

Müxalifət fəalının oğlu ev dustaqlığına buraxılıb.


Elgiz Sadıqov (Foto musavat.com saytından götürülüb)

Elgiz Sadıqov (Foto musavat.com saytından götürülüb)

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının keçmiş fəalı Əlövsət Sadıqlının narkotik ittihamı ilə barəsində həbs qəti imkna tədbiri seçilmiş oğlu Elgiz Sadıqovu ev dustaqlığna buraxıblar. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Polisin məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi Elgiz Sadıqovdan 5,32 qram marixuana götürülüb. Onun “Mercedes” markalı avtomobilinə baxış zamanı əlavə 1 kiloqram 505 qram marixuana da aşkarlanıb. Sabunçu Rayon Məhkəməsi fevralın 14-də Elgiz Sadıqov barəsində iki aylıq həbs qətimkan tədbiri seşmişdi.

Əlövsərt Sadıqlı oğlunun ev dustaqlığına buraxılmasını ədalətin təntənəsi hesab etmir.

“Bu məhkəmənin müstəqilliyinə dəlalət etmir. Göstəriş var idi həbs etdilər, indi də göstərişlə azad etdilər”, Əlövsət Sadıqlı Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG