Accessibility links

Elşad Abdullayevdən yeni ittihamlarla dolu VİDEO


Fransada yaşayan azərbaycanlı blogger, Mahir Abdullayevin oğurlanması ilə bağlı müstəqil təhqiqat aparan jurnalist Elnur Məcidli şəxsi YouTube səhifəsində yerləşdirdiyi bu videonun 2004-cü il noyabrın 9-da lentə alındığını bildirir. Videoda Elşad Abdullayevin Rasim adlı şəxslə söhbət etdiyi göstərilir. Videoya məxsus məlumatda həmin şəxsin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aeroport Polisinin rəis müavini polkovnik Rasim Əli oglu İldırımzadə olduğu bildirilir. Elnur Məcidli YouTube səhifəsində videodakı görüntüləri belə təsvir edir:

- DİN-in polkovniki Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat - "Ölüm eskadronu" tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması üçün qardaşı huquq professoru Elşad Abdullayevdən 1 milyon ABŞ dolları tələb edir ;

- Rasim İldırımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-in hüquq fakültəsində birgə oxuduqları dövrü və müəllimlərini xatırlayırlar:

- Rasim İldırımzadə: Mahiri məndən başqa hec kim gətirə bilməz, Siz mənə qarant durmalısınız ;

- Rasim İldırımzadə: "Mahirin yerini bilirəm, o, sağ-salamatdır, gözümlə görmüşəm."

- Rasim İldırımzadə Elşad Abdullayevi inandırmaga calışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcək ;

- "Mahir hazırda Azərbaycanın sərhədləri daxilindədir";

- "Mahiri siravi oğrular oğurlamayıbdır, hökümətin içindəki banditlər ogurlayıbdır";

- "Mahirə görə kim sənin yanına gəlsə, qov getsin, hətta mənim adımdan da gəlib desələr belə yaxınına buraxma";

- "Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , səninlə telefonla danışmağa qoymurlar";

- "Elşad müəllim Mahiri menden alarsan, bu gündən Mahirə cavabdeh mənəm";

- "Bizim 'krışamız' Ramil Usubov və Ramiz Mehdiyevdir".
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG