Accessibility links

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib


Elşad İskəndərov
Elşad İskəndərov

Yerli media Elşad İskəndərovun adını nurçuluqda hallandırır

Prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Sərəncamda İskəndərovun vəzifədən azad edilməsinin səbəbləri göstərilmir. Amma bir qədər öncə yerli media İsgəndərovun Fətullah Gülənin başçılıq etdiyi nurçu cərəyanın üzvü olduğunu yazıb. Yerli media həmçinin Türkiyə baş naziri Rəcəp Tayyip Ərdoğanın nurçularla bağlı məxfi siyahısında İskəndərovun adının ikinci sırada yazıldığı barədə də xəbərlər yayıb.

Amma Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitə İskəndərovun nurçu olmadığını bildirib.

Xatırladaq ki, yerli media Elşad İskəndərovla yanaşı Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun da adını nurçuluqda hallandırırdı. Aprel ayında o da vəzifəsindən azad edilib.

Elşad İskəndərov 31 may 2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib. O Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. ABŞ-ın Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili alıb.
XS
SM
MD
LG