Accessibility links

Ekspertiza Elşad Abdullayevin videolarının həqiqi olduğunu təsdiq edib


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və Beynəlxalq Unuversitetin sabiq rektoru Elşad Abdullayev
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev və Beynəlxalq Unuversitetin sabiq rektoru Elşad Abdullayev

Ekspertizanın rəyinə əsasən, yayılan videonun saxta olmadığı, sözügedən görüntülərdəki şəxslərin danışıqlarının onların özlərinə məxsus olduğu təsdiqlənib

ABU-nun sabiq rektoru Elşad Abdullayevin iddiaları üzrə həbs olunan iş adamı Arzu Kazımovla bağlı epizod üzrə təyin olunmuş ekspertizanın nəticələri açıqlanıb. Bu barədə APA-ya həmin iş üzrə təqsirləndirilən iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov məlumat verib.

Onun sözlərinə görə, iki gün əvvəl müstəntiq Bakı İstintaq Təcridxanasına gedərək təqsirləndirilən Arzu Kazımova ekspertizanın rəyini elan edib. Ekspertizanın rəyinə əsasən, yayılan videonun saxta olmadığı, sözügedən görüntülərdəki şəxslərin danışıqlarının elə onlara məxsus olduğu təsdiqlənib.

R. Zeynalov istintaqın gedişatı barədə əlavə açıqlama verməsə də, yaxın günlərdə cinayət işi ilə bağlı mətbuat konfransı keçirəcəklərini bildirib.

Qeyd edək ki, təqsirləndirilən Arzu Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG