Accessibility links

Elza Seyidcahan:`Əgər sənət, musiqi illərlə yaşayırsa, deməli onlar canlıdır` [Audio]

  • Nərminə Cəlalqızı



Respublikanın Əməkdar artisti, müğənni və bəstəkar Elza Seyidcahan musiqi sənətinə necə gəldi sualının cavabında nənəsinin və dayılarının gözəl qarmon çaldıqlarını və uşaq ikən özünün də nağarada və qarmonda çaldğını dedi. Elza xanım erkən yaşlarında şerlər yazdığını və öz şerlərinə musiqi bəstələdiyini, bundan sonra anasının onu muqiqi məktəbinin fortepiano sinifinə getməyə məcbur etdiyini bildirdi.

Elza xanım musiqi məktəbini bitirdikdən sonrakı vaxtlardan, anasının və dayısının onu Azərbaycanın görkəmli bəstəkarlarının, sənət adamlarının yanına apardıqlarını və onların onu istiqamətləndirklərini, beləliklə də musiqi təhsilini davam etdirdiyini dedi.

Orta İxtisas Musiqi Məktəbinin nəzəriyyə şöbəsini bitirdikdən sonra Elza xanım Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil aldığını bildirdi.

Hal-hazırda Bəstəkarlar İttifaqının üzvü olan Elza xanım Seyidcahanın özünəməxsus bir janrı var. Söhbət zamanı o, müxtəlif janrları sintez etdiyi üçün bəzilərinin onun musiqisini başa düşmədiyini, buna görə də yalnız musiqi yazmaq deyil, həm də öz müsiqisini ifa etməklə özünə dinləyici auditoriyası qazandığını dedi.

Bir sıra film və teatr tamaşalarina , eləcə də H.Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələyən Elza Seyidcahan yeni filmlər üçün musiqi yazmaq təklifləri aldığını, hətta filmlərdə çəkildiyini bildirdi.

Elza Seyidcahan 1996-cı ildən bu günlərədək iştirak etdiyi müsabiqələrdən və qazandığı mükafatlarından da danışdı. Özünəməxsus, bir az da qeyri-adi musiqilərin müəllifi Elza xanım musiqini necə bəstələdiyindən danışdı və onu da vurğuladı ki, əgər sənət, musiqi uzun zaman yaşayırsa, illərdən-illərə keçirsə, demək onun canı var, o canlıdır.

Elza xanım gələcək layihələri və planlarından bəhs etdi.

Show comments

XS
SM
MD
LG