Accessibility links

Elçin Qəmbərov: Leyla Yunusun azadlığa buraxılması realdır [Audio-Müsahibə]


Leyla və Arif Yunusların vəkili Elçin Qəmbərov hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəallarının ittihamından dövlətə xəyanat ittihamının ayrı icraata keçirilməsini müsbət inkişaf kimi qiymətləndirib.

please wait

No media source currently available

0:00 0:04:32 0:00
Direct link

O deyib ki, bu işi dayandırmaq, istintaqı davam etdirmək və ya ona xitam etmək ehtimalları mövcuddur. Vəkil bu halı yüksək qiymətləndirərək, yaxşı tendensiya adlandırıb.

Elçin Qəmbərov ümid etdiyini bildirib ki, dövlətə xəyanat ittihamının ayrı icraata keçirilməsi həm Leyla, həm də Arif Yunusun vəziyyətini xeyli yüngülləşdirir və onların azadlığa çıxması üçün real şans yaradır.

Müdafiə tərəfi hesab edir ki, Leyla və Arif Yunusların işində irəliləyiş olacaq.

O, yekun ittiham irəli sürülənədək Leyla Yunusun qətimkan tədbirinin götürüləcəyinə ümid bəslədiyini deyib.

Təcridxanada Leyla Yunusla görüşən vəkil mövcud şəraitin qiymətləndirilməsi məsələsinin müzakirə edildiyini, gələcək taktikalar və imkanların dəyərləndirildiyini deyib.

Leyla Yunusun sağlamlıq durumundan danışan Elçin Qəmbərov onun vəziyyətinin stabil şəkildə ağır olduğunu, qara ciyərində parçalanma prosesi getdiyini, gözlərində cərrahiyyə əməliyyatından sonra ciddi fəsadlar yaşandığını bildirib.

Məhkəmənin iyul ayının birinci yarısında başlayacağını deyən vəkil istintaq işinin yekunlaşdığını və hazırda cinayət işinin materialları ilə tanış olduqlarını deyib. O bildirib ki, bu proses nə qədər tez yekunlaşsa, iş o qədər də tez məhkəməyə gedəcək.

Leyla və Arif Yunus (Foto Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla və Arif Yunus (Foto Yunusların Facebook səhifəsindən götürülüb)

Onların azadlığa buraxılma ehtimalına toxunan Elçin Qəmbərov bunun təkcə mümkün deyil, real olduğuna inandığını bildirib. Vəkil bu işin onların hər ikisinin azadlığı ilə yekunlaşacağına ümid bəslədiyini bildirib.

Beynəlxalq insan haqları təşkilatı, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Şurası dəfələrlə Leyla və Arif Yunuslar, həmçinin digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər.

2013-cü il prezident seçkilərinin ardınca Azərbaycanda başlanan həbslər dalğasında onlarla jurnalist, siyasi fəal və insan haqları müdafiəçiləri müxtəlif qeyri-siyasi ittihamlarla həbs olunub. Onlardan bir çoxu ağır cəzalarla məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG