Accessibility links

İlahiyyatçının həyat yoldaşı işgəncələrdən danışıb [Video]


Elşən Mustafaoğlu
Elşən Mustafaoğlu

Elşən Mustafayev məhkəmədə ondan istintaq zamanı bir sıra şəxslərin əleyhinə ifadə almaq istədiklərini bildirib

2014-cü ilin dekabrından həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevin ailə üzvləri Turan agentliyinə danışıb.

Vüsalə Mustafayeva deyir ki, həyat yoldaşının heç bir günahı olmadığı halda, il yarımdan çoxdur ki, həbsdə saxlanılır. Onun sözlərinə görə, Elşən Mustafaoğlunun yeganə “günahı” orda müəyyən şəxlərin əleyhinə tələb edilən ifadəni verməməsi olub.

“Elşənə deyiblər ki, bu adamlar barəsində yazılan ifadəyə qol çək, çıx get balalarının yanına. Ancaq Elşən bunu eləməyib. Ona görə də üzərinə vətənə xəyanət ittihamını qoyub, həbs eləyiblər”, ilahiyyatçının həyat yoldaşı Vüsalə Mustafayeva qeyd edib.

Elşən Mustafaoğlu məhkəmədə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının ona işgəncə verib Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Milli Qəhrəman Rövşən Əkbərov və ANS televiziyasının rəhbəri Vahid Mustafayevin əleyhinə ifadə tələb etdiyini bildirib.

E. Mustafaoğlu 2014-cü il dekabrın 16-da həbs olunub və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur və onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəmısində baxılır. Məhkəmə prosesi qapalı keçirilir.

XS
SM
MD
LG