Accessibility links

NİDA-nın keçmiş üzvü həbs edilib [Video]


Elsevər Mürsəlli (Foto AzadlıqRadisounundur)
Elsevər Mürsəlli (Foto AzadlıqRadisounundur)

Elsəvər Mürsəlli prezident tərəfindən əfv olunduqdan sonra iqtidar partiyasına keçib

NİDA Hərəkatının keçmiş üzvü, 2014-cü ildə ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxandan sonra hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulduğunu elan edən Elsevər Mürsəllinin həbs olunduğu bildirilir. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Onun barəsində müğənni Mətanət Əsədovanın xüsusi ittiham qaydasında şikayəti əsasında hökm çıxarıldığı deyilir.

Bu haqda xüsusi ittihamçının vəkili Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, hökmü noyabrın 2-si Sumqayıt Apellyasiya Məhkəməsi çıxarıb.

C.Yusifov qeyd edir ki, müğənni keçmiş NİDA-çını onu Facebook şəbəkəsində təhqir etməsi adı ilə, xüsusi ittiham qaydasında məhkəməyə verib. Müğənni E.Mürsəllinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Şikayətə Xaçmaz Rayon Məhkəməsi baxıb. Rayon məhkəməsi şikayəti qismən təmin edib. E.Mürsəlli Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

Müğənni rayon məhkəməsinin hökmü ilə razılaşmadığından apellyasiya şikayəti verib. Noyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edib. Hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi məhkəmə heyəti E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

E.Mürsəllinin məhkəmə zalında həbs olunaraq Bakı İstintaq Təcridxanasına aparıldığı bildirilir.

E.Mürsəllinin yaxınlarının, vəkillərinin rəyini almaq mümkün olmayıb.

XS
SM
MD
LG