Accessibility links

Elşən Mustafaoğlu: "Dini radikalizm Azərbaycan üçün faciədir" [Audio]

  • Nərminə Cəlalqızı

“Azərbaycanda dini radikalizmin inkişafı xarici dairələrin xidməti sayəsində baş verib,” deyən Elşən Mustafaoğlu Sovet İttifaqının dağılmasından sonra ölkəyə yol açan xarici dini cərəyanları qınayır. Ilahiyyatçı alimin sözlərinə görə, cəmiyyətdə ruhi böşluğu doldurmağa çalışan bu qüvvələr radikallaşmış gənclərdən öz məqsədləri üçün istifadə etməyə can atırlar.


Radikalların daha çox şiə yoxsa vəhhabi cərəyanları arasında olması barədə sualı cavablandıran təhlilçi, dini radikalizmin konkret bir məzhəbin tərəfdarları ilə məhdudlaşmadığını deyir. “Radikal təmayüllü insanlara istənilən məzhənbdə rast gəlmək mümkündür. Amma əlinə silah alıb cihad uğrunda müharibə səhnələrinə yollanan adamlar əsasən "təfrirçi” deyilən insanlardır ki, bunlar hər xırda fərqə görə dindaşlarına düşmən kəsilir və başqalarını addımbaşı kafirlikdə ittiham edir."

Onun sözlərinə görə bir çox gənclər erkən yaşlarında siyasi məqsədlər güdən emissarların toruna düşür və ekstremizmi həqiqi dindarlıqla səhv salırlar. "Hərçənd ki, Azərbaycnda insanların yalnız 8 faizi şəriətin ali qanun olmasını dəstəkləyir, 9 milyonluq əhalisi olan ölkə üçün bu rəqəm kifayət qədər yüksəkdir ki, onun rifahına təhlükə gətirsin," - deyə, cənab Mustafoğlu bildirir.

“Səkkiz faiz yüz min insan deməkdir. Bunların içindən də faiz etibarilə azlıq olanı 7-8 faizi radikallaşmış olsa, bu on minlərlə insan deməkdir. Radikalizm bir hadisə kimi sayın az-çox olması ilə şərtlənmir,” - deyə, təhlilçi bildirir. "Məqsdəyönlü şəkildə hərəkət edən və hər cür zorakılıq əməllərinə hazır olan 5-10 nəfər də ciddi başağrısına çevrilə bilər.
XS
SM
MD
LG