Accessibility links

Birinci Avropa Oyunlarında iyunun 14-ü axşam saatlarında Yunan-Roma güləşində Azərbaycan pəhlivanı Elvin Mürsəliyev qızıl medal qazanıb.

Elvin Mürsəliyevə finalda serbiyalı güləşçi Viktor Nemes boyun əyib. Görüş 5-1 hesabı ilə başa çatıb.

Bununla da Azərbaycan idmançılarının medal sayı 12-yə çatıb; 6 qızıl,1 gümüş,5 bürünc.

Yaxın dəqələrdə isə Azərbaycanın daha bir pəhləvanı Sabah Şəriəti qızıl medal uğrunda yarışa çıxmalıdır. Sabah Şəriətinin həlledici görüşdə rəqibi türkiyəli Riza Kayaalp olacaq.

XS
SM
MD
LG