Accessibility links

AXCP fəalı həbs edilib


Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Bakının Xətai rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsi məlumat yayıb.

Xəbərdə deyilir ki, artıq 2 gündür AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev Nərimanov rayon təcridxanasında saxlanılır. Əvvəlcə onun saxlanması haqda heç bir məlumat verilmirdi.

Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, Elvin Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi (narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə ittiham irəli sürülüb. Bu maddə əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

“Bu həbs qanunsuzdur”, vəkil qeyd edib.

AXCP Gənclər Komitəsi bildirir ki, son zamanlar 4 üzvü müxtəlif ittihamlarla həbs olunub.

“Elvin Abdullayev də sosial şəbəkələrin fəal iştirakçısıdır və hakimiyyətin siyasətini kəskin tənqid edən statuslar yazır. Hakimiyyət isə öz "ənənə"sinə sadiq qalaraq tənqidçilərini cəzalandırmağa davam edir”, Gənclər Komitəsi qeyd edir.

XS
SM
MD
LG