Accessibility links

Ali Məhkəmə AXCP fəalının cəzasını 6 ildən 2,5 ilə endirib [Video]


Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Müdafiə tərəfi bəraət istəyir

İyunun 22-də Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Elvin Abdullayevin cəzasını 6 ildən 2,5 ilə endirib.

Məhkəmə hakim İmran Hacıqayıbovun sədrliyi ilə Elvin Abdullayev barəsində cinayət işinə xitam verilməsi ilə bağlı kassasiya şikayətinə baxıb. Məhkəmə ittihamı ağır 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddədən daha yüngül 234.1-ci (qanunsuz narkotik saxlama) maddəsinə tövsif edib və həbs cəzası müddətini 6 ildən 2,5 ilə endirib.

AXCP fəalları Ali Məhkəmənin qarşısında

AXCP fəalları Ali Məhkəmənin qarşısında

Vəkil Əli Mehdiyev və Abdullayevin anası Zülfiyyə Abdullayeva Amerikanın Səsinə müsahibəsində məhkəmənin qəraraı ilə razı olmadığını bildirib, belə ki, fəala bəraət verilməsində israrlıdırlar. Bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.

E.Abdullayev 2015-ci il yanvarın 8-də tələbə olduğu universitetdən imtahandan çıxarkən saxlanılıb. Polisin iddiasına görə, onun üzərindən 3 qr heroin götürülüb.

E.Abdullayevə qarşı 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürülüb. Amma tələbə bildirib ki, narkotik onun üzərinə qəsdən atılıb. O, ittihamı siyasi sifariş hesab edir. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Amnesty İnternational bu günlərdə Abdullayevi “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG