Accessibility links

Elxan Şahinoğlu: “Hökumət də Türkiyədəki hadisələrdən əndişəlidir” [Müsahibə]


Elxan Şahinoğlu, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

Elxan Şahinoğlu, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyədə baş verənləri Amerikanın Səsinə şərh edir

“Taksimdə yaşananlar ilk baxışda gözlənilməz hadisələr kimi təsəvvür olunsa da, bunun bir izahı var”. Bu sözləri Amerikanın Səsinə müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibədə deyib. Onun sözlərin görə, 5-10 ağaca görə etirazlar ümumxalq hərəkata çevrilə bilməz. Analitikin sözlərinə görə, bu məsələdə əks qütblərdə olan – türk millətçisi, kürd millətçisi, solçular, marjinal qruplar – hamı birləşib. “Bunun səbəbi nə ilə bağlıdır? Baş nazir Rəcəb Tayyip Ərdoğan 10 ildir hakimiyyətdədir. Türkiyənin uğurlu xarici siyasəti olub, iqtisadiyyatda böyük irəliləyişlər əldə edib, PKK probleminin həllinə girişib. Amma 10 ildir hakimiyyətdə olan Ərdoğanda özünə arxayınlıq yaranıb. Yəni, “biz artıq hər şeyi edə bilərik, biz hər şeyi bacarırıq”. Bu da insanlarda müəyyən qədər narazılıq doğurur. Bu narazılıq da indi bu şəkildə ortaya çıxıb,” – deyə Elxan Şahinoğlu bildirir.


Müsahibədə Türkiyədə baş verən hadisələrin regiona təsirindən də danışan ekspert bu hadisələri Ərəb Baharı ilə eyniləşdirənlərlə razılaşmadığını bildirib. Azərbaycana dair proqnoza gəldikdə, o deyib: “Bir qədər önc
Türkiyədə bu cür ciddi hadisələr baş verir, Azərbaycan dövlət televiziyasında bu haqda heç bir reportaj getmir. Görünür Azərbaycan hökuməti ehtiyat edir ki, Türkiyədəki prosesləri izləyən Azərbaycan vətəndaşları özləri üçün fərqli nəticələr çıxara bilər
ə Azərbaycan dövlət televiziyasının Ana Xəbər bülleteninə baxırdım. Xəbərlərdə Türkiyədəki hadisələr barədə heç bir reportaj görmədim. Yəni, Yunanıstanda müəyyən toqquşmalardan danışılır, Almaniyada kiminsə mitinqə çıxmasından danışılır, amma Türkiyədə bu cür ciddi hadisələr baş verir, o haqda heç bir reportaj getmir. Görünür Azərbaycan hökuməti ehtiyat edir ki, Türkiyədəki prosesləri izləyən Azərbaycan vətəndaşları özləri üçün fərqli nəticələr çıxara bilər”.

Analitik buna misal olaraq bu gün Taksimdəki olaylara etiraz əlaməti olaraq Bakıda keçirilən piketləri xatırladıb. O hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında paralellər aparmaq olar. “Azərbaycanda 4 aydan sonra prezident seçkiləri keçiriləcək. Əgər bizdə prezident seçkisində saxtakarlıq halları olsa, müəyyən etiraz Azərbaycanı da bürüyə bilər. Ona görə düşünürəm ki, hökumət də Türkiyədəki hadisələrdən bir qədər əndişəlidir,” - deyə Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibədə bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG