Accessibility links

Elxan Şahinoğlu: İran-qərb razılaşması bölgədə gərginliyi azaldacaq [Video]


Elxan Şahinoğlu: İran-qərb razılaşması bölgədə gərginliyi azaldacaq
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Elxan Şahinoğlu: İran-qərb razılaşması bölgədə gərginliyi azaldacaq

Atlas Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə müsahibəsində İran-qərb razılaşmasının bölgəyə gətirəcəyi yeni siyasi, iqtisadi, təhlükəsizlik durumu, İranın daxil münasibətlərindəki yeniliklərdən danışıb.

Amerikanın Səsi: İranla nüvə razılaşması regionda təhlükəsizlik baxımından riskləri azalda biləcəkmi? Bu razılaşmanın Rusiya-İran münasibətlərinə təsiri necə olacaq?

Çərçivə sənədinin razılaşdırılması və iyunun 30-da imzalanması əlbəttə, Azərbaycana qarşı da bir yumşaqlıq gətirəcək, bölgədə gərginliyi azaldacaq.

Elxan Şahinoğlu: Məncə riskləri azaldacaq. Fikir verin 2-3 il əvvəl nədən danışılırdı? - İran nüvə silahı məsələsini həll etmir, nüvə silahı əldə etməyə çalışır, Amerika və İsrail İrana qarşı hava zərbələri endirəcək. Bu Azərbaycanla bağlı da müəyyən suallar yaradırdı. Çünki qərb mətbuatı, İsrail mətbuatı yazırdı ki, guya İrana hava zərbələri endirilərkən Azərbaycan ərazilərindən istifadə ediləcək. Amma, bu belə deyildi, Azərbaycan istənilən hərbi müdaxilədə neytral qalacaqdı. Çünki bizim İranla problemlərimiz xeyirli deyil. İranlı generallar da Azərbaycanı hədəf götürmüşüdü. Ona görə də bu çərçivə sənədinin razılaşdırılması və iyunun 30-da imzalanması əlbəttə, Azərbaycana qarşı da bir yumşaqlıq gətirəcək, bölgədə gərginliyi azaldacaq. Bu baxımdan Azərbaycana xeyirlidir. Digər tərəfdən Azərbaycanın başqa xeyri ondan ibarətdir ki, bu Rusiya-İran ittifaqına təsir edəcək. Çünki sanksiyalar olarkən Rusiya-İran ittifaqı var idi və bu Azərbaycana da problemlər yaradırdı. İndi İran-qərb əməkdaşlığı genişlənəcək və mümkündür ki, İran qazı Türkiyə üzərindən tikilməkdə olan TAP və TANAP kəmərləri vasitəsi ilə Avropaya daşınsın. Bu da Azərbaycanın xeyrinədir.

Elxan Şahibnoğlu
Elxan Şahibnoğlu

O ki, qaldı Rusiya-İran məsələsinə, yəqin bu iki dövlət arasındakı ittifaq zəifləyəcək və biz bunu Azərbaycanda da hiss edə biləcəyik. Bunu Xəzərin statusu məsələsində hiss edəcəyik, ən əsası isə neft-qaz sahəsində qərb bazarında İran Rusiyaya rəqib olacaq.

Amerikanın Səsi: İrana qarşı iqtisadi sanksiyaların aradan qaldırılmasının regional təsirləri nə ola bilər? Sanksiyaların aradan qaldırılması Azərbaycan-İran münasibətlərinə hansı yeniliklər gətirəcək?

Ola bilər ki, İran Azərbaycana investisiyalar qoysun, Azərbaycan da İranda hansısa sahələrə investisiyalarda maraqlı ola bilər.

Elxan Şahinoğlu: İqtisadi sanksiyaların aradan qaldırılması əlaqələrə müsbət təsir edə bilər. Bundan öncə də xəbərlər var idi ki, İran Azərbaycanda hansısa banklara maraqlıdır. Sonradan həmin İran və Azərbaycan banklarına qarşı sanksiyalar tətbiq edilirdi. İndi bu məsələlər ortadan qalxacaq. Ola bilər ki, İran Azərbaycana investisiyalar qoysun, Azərbaycan da İranda hansısa sahələrə investisiyalarda maraqlı ola bilər. Ticarət əlaqələri arta bilər, enerji əməkdaşlığı başlaya bilər. Bu həm Azərbaycana, həm də İrana xeyirdir.

Amerikanın Səsi: İran-ABŞ münasibətlərinin normallaşmasının İranın daxili siyasi vəziyyətinə təsirləri nə olacaq? Sərt xətt tərəfdarları razılaşmanı qəbul edəcəkmi?

İranda gənclər çoxluq təşkil edir və onlar dəyişiklik tələb edir. Ola bilsin ki, gənclərin bu istəkləri dini dairələrin, hərbiləşdirlmiş dairələrin müqavimətinə səbəb olsun.

Elxan Şahinoğlu: Bu çox önəmli məsələdir. Hesab edirəm ki, razılaşma İranda daxili proseslərə də çox müsbət təsir edəcək. Çərçivə razılaşması əldə edildikdən sonra Tehranda küçəyə çıxanlar əsasən gənclər idi. İranda gənclər çoxluq təşkil edir və onlar dəyişiklik tələb edir. Ola bilsin ki, gənclərin bu istəkləri dini dairələrin, hərbiləşdirlmiş dairələrin müqavimətinə səbəb olsun. Bu razılaşmanı hər halda pozmağa çalışacaqlar. Amma, artıq geriyə də yol yoxdur. İran iyunun 30-da istər-istəməz bu razılaşmanı imzalamaq məcburiyyərindədir. Çünki İran iqtisadiyyatı ağır vəziyyətdədir. İranın dini lideri də başa düşür ki, bu vəziyyətdə yeganə çıxış yolu qərblə anlaşmaqdır.

Amerikanın Səsi: Yeni İran-qərb münasibətləri bu ölkədə yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarının tanınmasına təkan verə bilərmi?

Düşünürəm ki, İranda fəal azərbaycanlılar daha çox tələblər irəli sürəcək.

Elxan Şahinoğlu: O istiqamətdə də müsbət təsirlər gözləyirəm. Çünki sanksiyaların yumşalması İran-Amerika, İran-Avropa münasibətlərini genişləndirəcəksə, müsbət ab-hava yaradacaqsa, daxili proseslərə müsbət təsir edəcəksə həm azərbnaycanlılar, həm də digər millətlər dəyişikliklər tələb edəcəklər. Necə ola bilər?- İran dünyaya açılır, amma özü dünyaya qapalı qalır. Belə ola bilməz. Düşünürəm ki, İranda fəal azərbaycanlılar daha çox tələblər irəli sürəcək. İran rejimi əvvəlki kimi bu tələblərə müqavimət göstərə bilməz. Bu istiqamətdə də yumşalma gözləyirəm. Ən əsası isə İran azərbaycanlılarının İranda rolları artacaq.

XS
SM
MD
LG