Accessibility links

Qubad İbadoğlu: Sığorta ehtiyatı sıfortalanmış əmanətlərin cəmi 2,2 faizi qədərdir


Əmanətlərin Sığortalanması Fondu -logo
Əmanətlərin Sığortalanması Fondu -logo

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2015-ci ilin 9 ayının nəticələrini açıqlayıb. Fonddan verilən məlumata görə, hazırda üzv banklar tərəfindən 7 milyon 304 min 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 91 faizi qorunan əmanətdir. Qorunan əmanətçilərin 99,6 faizinin əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanıb. Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.

İqtisadi elmlərio doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, öhdəlikləri getdikcə artan ƏSF-nin hazırkı şəraitdəki çağırışlara cavab verməsi üçün riskləri qarşılaya biləcək sığorta ehtiyatlarının formalaşması çox vacibdir.

“Çünki, yalnız son hesabat dövründə ölkədə qorunan əmanətlərin 2 milyard manatdan çox artdığı halda, həmin dövrdə ƏSF-nin sığorta ehtiyatları 17 milyon manat çoxalıb. Beləliklə də, bu ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə qorunan əmantlərin həcmi 5 milyad 44 milyon manata, sığorta ehtiyatlarının həcmi 109,4 milyon manata çatıb ki, bu da müqayisədə 2,2 faiz təşkil edir. Göründüyü kimi, Fondun sərbəst vəsaitləri sürətlə artan qorunan əmanətlərlə müqayisədə kiçik məbləğlə ifadə olunur. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və Mərkəzi Bank Fondun öhdəlikləri üzrə məsuliyyət daşımır”, ekspert qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG