Accessibility links

ABŞ-ın xəbər agentlikləri Əl-Qaidə lideri Ayman Əl-Zavahrinin terror təşkilatının Yəməndəki filialının lideri Nasir Əl-Vuhayşiyə ölkədə hücum həyata keçirmək əmri verdiyi barədə məlumat verib. Məlumatın onların danışıqlarının dinlənilməsi əsasında əldə edildiyi bildirilir.

ABŞ rəsmiləri hücumun yeri və vaxtını müəyyən etməyə müvəffəq olmayıb. Lakin Yəmən hökumətinin sözçüsü hücum planının bir hissəsinin Yəməndə həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

ABŞ Dövlət Departamenti Yəmənə səfərlərlə bağlı xəbərdarlıq edib və ölkəni tərk etmək istəməyən ABŞ vətəndaşlarına hərəkətlərini məhdudlaşdırmağa çağırıb.

Britaniya Yəməndəki səfirliyinin bütün işçilərini evakuasiya edib.

Birləşmiş Ştatların Yaxın Şərq və Afrikada 19 səfirlik və konsulluğu həftənin sonunadək bağlı qalmağa davam edəcək.

Şabva vilayətində məsafədən idarə edilən təyyarənin hücumu iki həftədən az bir vaxt ərzində Yəməndə beşinci hücumdur.

Birləşmiş Ştatlar ötən illərdə Ərəbistan yarımadasında Əl-Qaidə üzvlərinin hədəf alındığı pilotsuz təyyarə hücumlarından istifadə edib.
XS
SM
MD
LG