Accessibility links

Əmək Departamenti: Avqustda ABŞ-da 96 000 yeni iş yeri açılıb


ABŞ-ın zəif əmək bazarı ötən ay cəmi 96 000 yeni iş yeri əlavə edib. Amma bir çox amerikalıların iş axtarışını dayandırması ilə işsizlik səviyyəsi bir qədər enib.

Hökumətin hesabatına əsasən avqustda işsizlik səviyyəsi 8.1 faizə düşüb. İyulda bu rəqəm 8.3% təşkil edirdi.

Artıq 43-cü aydır ki, ABŞ-da işszlik 8 faizdən yuxarı həddə qalır.

İyul ayında ABŞ iqtisadiyyatında 141 000 yeni iş yeri açılmışdı.

Son statistika mərkəzi bankı və siyasi liderləri iqtisadi artımı həvəsləndirmək üçün əlavə ölçülər götürməyə sövq edə bilər.
XS
SM
MD
LG