Accessibility links

DİN Qusarda baş verən silahlı insidentə aydınlıq gətirib


Polis əməliyyat keçirib

Polis əməliyyat keçirib

Daxili İşlər Nazirliyi (DİN) Qusar rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə oktyabrın 16-sı səhər saat 08.00 radələrində Qusar şəhərində naməlum şəxs şəhər sakini, valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Edik Rüstəmov müəyyən edilərək saxlanılıb.

Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün rayon polis şöbəsinin əməkdaşları saxlanılan şəxsi şəhər kənarındakı meşə zolağına aparıblar.

Bu zaman orada E. Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, daha 3 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Sonrakı əməliyyat tədbirləri polislərə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədildiyi müəyyən olunub.

Hazırda ağır cinayət törədərək hadisə yerindən qaçan bu şəxslərin saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nazirliyin məlumatında yerli mətbuatın silahlı insidentin radikla dini qrupun üzvləri tərəfindən törədilməsi barədə yazılanlar əksini tapmır.
XS
SM
MD
LG