Accessibility links

Qusarda polisə basqın edən slahlı qruplaşmanın üzvü zərərsizləşdirilib


Polis əməliyyat keçirib

Polis əməliyyat keçirib

Daxili İşlər Nazirliyi Qusarda xüsusi əməliyyat keçirib

Daxili İşlər Nazirliyi Qusarda keçirilən xüsusi əməliyyatla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən Amerikanın Səsinə verilən məlumata görə oktyabrın 19-da silahlı müqavimət göstərmiş qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib.

Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində də xüsusi əməliyyat tədbiri keçirilmiş, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olmuş, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.
XS
SM
MD
LG