Accessibility links

Emi Adams artıq subaylığın daşını atır. Page Six-ə istinadən 5 dəfə Oskar mükafatına nominasiya edilmiş aktrisa uzun zaman nişanlı olduğu şəxslə Los Ancelesdə evlənir.

Söhbət dolaşır ki, Darren LeQallo ilə 2008-ci ildə nişanlanan aktrisanın həm toyunun keçiriləcəyi yer, həm də iştirak edəcək qonaqların adları gizli saxlanılır.

Mənbə Page Six-ə bildirib ki, Emi çoxdandır ailə qurmağı planlaşdırır. Amma onun karyerası elə istiqamətdə idi ki, evlənməyə zaman ayıra bilmirdi.

Lakin indi o, dostları, ailə üzvləri ilə zaman keçirmək və evlilik təklifinə "Hə" cavabı vermək üçün əvvəlcədən vaxt ayırıb.

Adams nişanlısı ilə 2002-ci ildə “Catch Me if You Can” filmindən sonra aldığı aktyorluq dərslərində tanış olub. O zamandan bəri cütlük yaxın münasibətdə olub.

XS
SM
MD
LG