Accessibility links

Emi Vaynhausun ölümünə alkoqolun səbəb olduğu müəyyən edilib

  • Amerikanın səsi

Emi Vaynhausun ölümünə alkoqolun səbəb olduğu müəyyən edilib

Emi Vaynhausun ölümünə alkoqolun səbəb olduğu müəyyən edilib

Britaniyalı müğənni Emi Vaynhausun ölümünə alkoqolun səbəb olduğu müəyyən edilib. Hədsiz dərəcədə spirtli içki qəbul edən müğənninin qanında alkoqol səviyyəsi normadan beş dəfə artıq olub. İlkin autopsiya nəticələrinin natamamlığı yeni araşdırmalara yol açmışdı. Emi Vanyhausun qanında heç bir qeyri-qanuni maddə aşkar edilməyib. Qrammi mükafatı laureatının narkotiklər və alkoqolizmdən müalicə edildiyinə dair sənədləşdirilmiş məlumatlar mövcuddur. 27 yaşlı Eminin cəsədi iyul ayının 23-də yatağında aşkar edilmişdi. Onun yataq otağından boş araq şüşələri tapılmışdı.

XS
SM
MD
LG