Accessibility links

Hüquq müdafiəçisi barədə 3 ay həbs qətimkan tədbiri seçilib [Audio-müsahibə]


Emil Məmmədov
Emil Məmmədov

Emil Məmmədov mayın 13-də saxlanıb. Məmmədovun qardaşı İqrar Məmmədov Amerikanın Səsinə müsahibəsində həbsin səbəbləri barədə danışıb. DİN mətbuat xidməti də münasibət bildirib

Bu gün Salyan rayon Məhkəməsi “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə şübhəli şəxs qismində üç ay həbs qətimkan tədbiri seçib. Bu barədə Məmmədovun qardaşı İqrar Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib.
İqrar Məmmədovla müsahibə
please wait

No media source currently available

0:00 0:02:46 0:00
Direct link

Onun sözlərinə görə Emil Məmmədov dövlət tərəfindən təhkim edilmiş vəkildən imtina etməsinə baxmayaraq məhkəmə davam etdrilib.

“Emil Məmmədov heç kimdən heç nə tələb etməyib. O hüquq müdafiə fəaliyyəti ilə bağlı həbs edilib. Qardaşım rayonda korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa qarşı mübarizə aparırdı. Rayon rəhbərliyi dəfələrlə onu tutduracağı ilə hədələyib”, o qeyd edib.

“Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov matyın 13-də saxlanıb.

Amerikanın Səsinin saxlanmanın səbəbi ilə bağlı sorğusuna cavabda Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, ki, ötən ay “Demokratiya Yardım” İctimai Birliyinin əməkdaşı Tofiq Qasımov saxlanıb. Buna səbəb onun barəsində Salyan Polis Şöbəsinə şikayətlər daxil olmasıdır.

“Rayonda yerləşən bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş etmişlər. Həmin müraciətlər əsasında Salyan RPŞ-də araşdırma aparılmış, ərizələrdə göstərilən xüsusatlar öz təsdiqini tapdığı üçün faktla bağlı İstintaq bölməsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (Hədə-qorxu ilə tələbetmə) cinayət işi başlanmış, cari il aprelin 16-da məhkəmə tərəfindən Tofiq Qasımov barəsində həbs qətimkan tədbiri seçilmişdir”, Mansurzadə qeyd edib.
Onun sözlərinə görə, Tofiq Qasımov istintaqda etiraf edib ki, o, bu işləri üzvü olduğu "Demokratiya Yardım" İctimai Birliyinin rəhbəri Emil Məmmədovun tapşırığı əsasında həyata keçirib.

“Emil Məmmədovla bağlı rayonda yüksək vəzifə tutan iki nəfər də polisə müraciət edərək birinci şəxsin onlardan pul tələb etdiyini bildirmişlər. Belə olan halda sözügedən şəxsin də RPŞ-yə çağırılması zərurəti yaranmış və Emil Məmmədov polis tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Bəzi KİV-lərdə Tofiq Qasımovun guya təzyiq altında Emil Məmmədova böhtan atması, sonuncuya qarşı ifadə verdikdən sonra ona vəd olunmuş azadlığın əvəzinə həbs olunması barədə yazılanların, məsələnin zorla siyasiləşdirilməsinin heç bir hüquqi əsası yoxdur. Bir daha xatırladıram ki, burada söhbət yalnız konkret şəxslərin törətdikləri cinayət xarakterli əməldən gedir ”, o qeyd edib.
XS
SM
MD
LG