Accessibility links

Emil Məmmədovun məhkəməsi davam edib


Emil Məmmədov
Emil Məmmədov

Lənkəran Ağır Cinayətlər Məhkəməsində sentyabrın 5-də Salyan şəhərində fəaliyyət göstərən “Demokratiyaya yardım” ictimai təşkilatının rəhbəri Emil Məmmədovun işi üzrə proses davam etdirilib.

Məmmədov mayın 13-də saxlanılıb və pul tələb etmək (182.2.2-ci maddə) ittihamı ilə həbs edilib. Onun həbsi üçün QHT əməkdaşı Tofiq Qasımovun ifadəsi əsas olub.

Vəkil Fariz Namazlı Amerikanın Səsinə bildirib ki, bu günkü iclasda 6 zərərçəkmiş və 11 şahid ifadə verib.

Onun sözlərinə görə, cəmi iki zərərçəkmiş – maliyyə departamentinin rəisi və poçt işçisi Məmmədovun onlardan pul tələb etdiyini təsdiq edib.

Digər dörd zərərçəkmiş Tofiq Qasımova qarşı ifadə verərək, onun özünü jurnalist kimi təqdim edərək pul tələb etdiyini deyiblər.

Qasımov özü Məmmədovun göstərişi ilə hərəkət etdiyini iddia etməyə başlayıb. Baxmayaraq ki, birinci məhkəmə iclasında o, QHT rəhbərinə təzyiq altında böhtan atdığını deyirdi.

Doqquz şahiddən yalnız biri bildirib ki, Məmmədovun rayonun maliyyə departamentinin rəisi Mahir Kərimovla söhbətinin, guya fəalın məmurdan rüşvət tələb etdiyinin şahidi olub.

Daha bir şahid rayonun telekommunikasiya idarəsinin rəisi Faiq Nəcəfzadənin ona Məmmədovun ondan pul tələb etməməsi üçün onunla danışmağı tapşırdığını deyib.

Digər şahidlər Məmmədova qarşı ifadə verməyiblər.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Yerli hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

XS
SM
MD
LG