Accessibility links

Emiliya Klark yeni Terminator: Genesis filminin çəkilişləri üçün arıqlamağa çalışır


Tronların Oyunu filminin iştirakçısı Emiliya Klark yeni Terminator: Genesis filminin çəkilişləri üçün arıqlamağa çalışır.

Silahdan istifadə təlimi keçən aktrisa çayını şəkərsiz içir. InStyle jurnalına müsahibəsində Emiliya Klark ciddi pəhrizinə ləziz yeməklərin heç birini yeməməyin daxil olduğunu deyib.

Emiliya filmdə Sara Konnor rolunu, Arnold Şvarzeneggerin iştirakı ilə 1984-cü ildə çəkilmiş klassik Terminator filmində terminator robotun qətlə yetirmək istədiyi qadın obrazını yaradacaq. Yeri gəlmişkən, Arnold bu filmdə də iştirak edəcək.

26 yaşlı aktrisa bütün gününü silahdan istifadə, ağırlıq qaldırmaq və kikboks təlimləri ilə keçirdiyini deyir.

Bundan da başqa dadlı ola biləcək yeməklər yemədiyini bildirir. Bircə çay içməsinə icazə verildiyini deyir ki, o da şəkərsiz və südsüz.

Ne demək olar, Emiliyaya filmin çəkilişləri bitənədək sağ qalmağı arzulayırıq.
XS
SM
MD
LG