Accessibility links

Emin Hüseynov: ABŞ-ın Azərbaycana təzyiq imkanları var


Emin Hüseynovla müsahibə
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi və direktoru Emin Hüseynov bu günlər Vaşinqtona səfəri zamanı ABŞ administrasiyası və qeyri-hökumət təşkilatlarının nümayəndələri və Amerika qanunvericiləri ilə bir sıra görüşlər keçirib. Amerikanın Səsinin “Amerika icmali” proqramının qonağı olan Emin Hüseynov Amerikada görüşlərdə müzakirə edilən məsələlər, Azərbaycanda media azadlıqları və öz fəaliyyəti haqda danışıb.

“Səfərin əsas məqsədi Azərbaycanda insan haqlarının durumu ilə bağlı ictimai vəkillik aparmaq, ABŞ-ın rəsmi qurumları, həmçinin qanunverici hakimiyyətin nümayəndələri ilə görüşüb, onları Azərbaycanda baş verənlərlə bağlı məlumatlandırmaq və ümumi fikir mübadiləsi aparmaqdan ibarət idi”-deyə Emin Hüseynov bildirib.

O, ABŞ Konqresi, icra hakimiyyəti qurumları, həmçinin yerli və beynəlxalq təşkilatlarda görüşlər zamanı növbəti illər üçün görüləcək işlərlə bağlı məhsuldar müzakirələrin aparıldığını deyib.

“Bütün islahatlar, dırnaqarası islahatlar yalnız dekorativ xarakter daşıyır və bizim vətəndaş cəmiyyəti nümayəndələri olaraq işimiz ondan ibarətdir ki, biz bu illüziyanı dağıdaq və imkan verməyək ki, kimsəsiz və susdurulmuş qurbanların hüquqları bundan sonra da tapdalansın.”

Emin Hüseynov ABŞ-ın Azərbaycanda demokratiyanın inkişafı istiqamətində daha artıq səy göstərməli olduğunu, lakin eyni zamanda, yerli vətəndaş cəmiyyətinin bu işdə fəal mövqe tutmalı olduğunu deyib. “Bəli, biz hesab edirik ki, Azərbaycanda baş verən nöqsanlara kifayət qədər diqqət yoxdur. Xüsusən də prezident Əliyevin Vaşinqtonda nüvə sammitində iştirakından sonra burada müəyyən illüziyalar yaranıb ki, sanki Azərbaycanda müsbət dəyişikliklər baş verir, qığılcımlar yaranır. Biz isə bu illüziyaları və gözdən asılan o toz pərdəsini götürmək üçün gəlmişik.”

RATİ sədri Azərbaycan hökumətinin verdiyi vədlərin arxasınca konkret addımların atıldığı halda bunlara dəstək veriləcəyini bildirib. Lakin o deyib ki, indiyə qədər görülən işlər bu islahatların dekorativ xarakter daşıdığını deməyə əsas verir. “Bütün islahatlar, dırnaqarası islahatlar yalnız dekorativ xarakter daşıyır və bizim vətəndaş cəmiyyəti nümayəndələri olaraq işimiz ondan ibarətdir ki, biz bu illüziyanı dağıdaq və imkan verməyək ki, kimsəsiz və susdurulmuş qurbanların hüquqları bundan sonra da tapdalansın.”

"Çünki əsl strateji partnyor o partnyordur ki, həqiqətən də ümumi dəyərlərə sadiqdir. Əgər bu partnyor hansısa özünə sərf edən dəyərləri qoruyursa, tətbiq edirsə, o birilərə isə göz yumub, tapdalayırsa bu tərəfdaşlıq saxta tərəfdaşlıqdır.”

Emin Hüseynov Qərbin və ABŞ-ın avtoritar rejimlərə demokratik islahatların keçirilməsi üçün təzyiq mexanizmlərinə malik olduğunu deyib. “Yetər ki, hansısa məmurlar və onların ailə üzvlərinin sərbəst yerdəyişmə imkanları məhdudlaşdırılsın. Bu kimi çağırışlar, onların xaricdəki aktivlərini dondurmaq, nəinki ABŞ-da, Avropa Birliyində və dünyanın inkişaf etmiş ölkələrində eyni addımlar atmaq və yaxud buna oxşar çağırış etmək ki Azərbaycan hakimiyyətinin davranışında gözə dəyən dəyişikliklər olsun.”

RATİ sədri Birləşmiş Ştatlardan gözləntilərə toxunub: “ABŞ-a çağırışımız odur ki, ATƏT üzvü olaraq digər ATƏT üzvlərinə tənbehlər, çağırışlar səsləndirirsiniz, eyni yanaşmanı Azərbaycana da tətbiq edin və düşünməyin ki, Azərbaycan sizin strateji partnyorunuzdur və buna görə nəyə görə isə göz yummaq olar. Çünki əsl strateji partnyor o partnyordur ki, həqiqətən də ümumi dəyərlərə sadiqdir. Əgər bu partnyor hansısa özünə sərf edən dəyərləri qoruyursa, tətbiq edirsə, o birilərə isə göz yumub, tapdalayırsa bu tərəfdaşlıq saxta tərəfdaşlıqdır.”

"Bizim bir vətənimiz var-bu, Azərbaycandır. Biz heç kəsə düşmən mövqedən yanaşmırıq. Azərbaycanın bütün problemləri bizim problemlərdir. Sadəcə, biz həmişə bəyan etmişik ki, biz Azərbaycanda baş verən islahatlara təkan vermək üçün açığıq və konstruktivik. Amma biz heç vaxt imkan verə bilmərik ki, saxta islahatlar adı ilə Azərbaycanda milyonlarla insanların hüquqları tapdalansın.”

Emin Hüseynov hazırkı fəaliyyətindən danışıb: ”Planım budur ki, həmkarlarımla birgə bu günə kimi görülən işləri effektiv davam etdirməkdir. Həmçinin mövcud siyasi reallıqlara uyğunlaşaraq, Azərbaycanda həmkarlarımızın müəyyən səbəblərə görə görə bilmədiyi işləri görməkdir. Həm də Azərbaycanda olan həmkarlara və hüququ pozulan vətəndaşlara əlimizdən gələn yardımı göstərmək və davam etdirməkdir.”

Emin Hüseynov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun fəaliyyətinin dayandırılması və Azərbaycan vətəndaşlığından çıxarılması ilə əlaqədar olaraq Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdiyini deyib.

RATİ sədri qanunun və konstitusiyanın verdiyi imkanlar çərçivəsində fəaliyyətini davam etdirəcəyini deyib: “İmkan verməməliyik ki, Azərbaycan hakimiyyəti ölkəni kəskin avtoritar rejimdən daha da bədbin diktatura rejimiinə salsın. Həmişə bir məsələni demək istəyirik ki, bizim bir vətənimiz var-bu, Azərbaycandır. Biz heç kəsə düşmən mövqedən yanaşmırıq. Azərbaycanın bütün problemləri bizim problemlərdir. Sadəcə, biz həmişə bəyan etmişik ki, biz Azərbaycanda baş verən islahatlara təkan vermək üçün açığıq və konstruktivik. Amma biz heç vaxt imkan verə bilmərik ki, saxta islahatlar adı ilə Azərbaycanda milyonlarla insanların hüquqları tapdalansın.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG