Accessibility links

Emin Hüseynov: "İnternet Azərbaycan mətbuatının yeganə ümid yeridir" (VİDEO)


Emin Hüseynov: "İnternet Azərbaycan mətbuatının yeganə ümid yeridir" (VİDEO)
Emin Hüseynov: "İnternet Azərbaycan mətbuatının yeganə ümid yeridir" (VİDEO)

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov Beynəlxalq Mətbuat Azadlığını günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün ABŞ paytaxtı Vaşinqtonda səfərdədir. Azərbaycanda mətbuatın vəziyyətini monitor edən qurumun direktoru olan cənab Hüseynov ölkədə hazırda ənənəvi medianın durumu, o cümlədən yeni mediaların üzləşdiyi cətinliklər barədə Amerikanın səsinə müsahibə verib. Emin Hüseynovla müsahibəni sizə təqdim edirik.

Sual: Bugünki söhbətimiz Azərbaycanda mətbuatın durumu ilə bağlıdır. Azərbaycanda yazılı mətbuatın və radio-televiziya mətbuatının bugünki vəziyyətini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycan mətbuatının bugünki durumunu qısa, konkret bir ifadə ilə bildirmək olar. Bu gün Avropa məhkəməsinin qərarı ilə bəraət qazanmış jurnalist Eynulla Fətullayev hələ də həbsdədir. Belə bir mənfi göstərici olan yerdə təbii ki, mətbuat azadlığından söz gedə bilməz. 2005-ci ildə qətlə yetirilmiş mərhum həmkarımız Elmar Hüseynovun da qatilləri bu günə kimi tapılmayıb. Bu da bir göstəricidir ki, mətbuat azadlığını faktiki olaraq yox olmaq səviyyəsinə gəlib çıxır. Bu gün Azərbaycanda jurnalistlər üçün çox ağır ab-hava hökm sürür.

Emin Hüseynov: "İnternet Azərbaycan mətbuatının yeganə ümid yeridir" (VİDEO)
Emin Hüseynov: "İnternet Azərbaycan mətbuatının yeganə ümid yeridir" (VİDEO)
Sual: Ölkədə yeni bir tendensiya var. Bu, internet mətbuatıdır. Elektron mətbuata hər hansı basqılar varmı?

Cavab: İnternet mətbuatına da, ümumiyyətlə yeni mediaya da basqılar çoxalmaqdadır. Azərbaycanda müəyyən aktivlik göstərən blogerlər həbslərə atılıb. Onlardan biri Bəxtiyar Hacıyevdir. Facebook-da aktivliyi ilə tanınan digər bir gənc – Cabbar Savalan da hazırda həbsdədir. Elektron medialara gəldikdə, televiziya və radiolar bu gün hakimiyyətdən asılıdırlar. Faktiki olaraq bu gün Azərbaycanda azad televiziya və radiolar yoxdur. Bilirsiniz ki, Amerikanın səsi, BBC və Azadlıq radiolarının Azərbaycan xidmətlərinin FM dalğalarında yayımı qadağan edilib. Bu günə kimi bu hal aradan qaldırılmayıb. Yalnız bu gün Azərbaycanda bir qədər yeni medialar, onlayn televiziyalar, radiolar və internet portalları açılma təşəbbüslərini görürük. Ancaq onların da əhatə dairəsi hələ də yetərli deyil. Bu gün biz internetı bir ümid yeri kimi baxırıq.

Sual: Dediniz ki, ölkədə bir neçə yeni internet portalları açılır. Ənənəvi media ilə müqayisədə bu portalların etibarlılığına inam nə dərəcədədir.

Cavab: İnsanlar bu gün alternativ xəbər mənbəyi axtarırlar. Bu gün reytinq agentlikləri göstərir ki, Azərbaycan tamaşaçısı yerli televiziyalar baxmır. Təbii ki, internet televiziyalarda, radiolarda bir qüsur var ki, bu da keyfiyyətin aşağı olması, resursların məhdud olmasıdır. Amma belə bir məsəl var: Elin gözü tərəzidir. Yəni insanlar həm bu tərəfə, həm də internet mənbələrə də baxıb ortaq bir məxrəcə gəlib çıxa bilirlər.

XS
SM
MD
LG