Accessibility links

Almaniyada mühacirətdə olan “Meydan TV” internet layihəsinin rəhbəri Emin Milli iyulun 27-də Facebook səhifəsində yazıb ki, Azərbaycanda onun qaynı narkotik saxlamaq ittihamı ilə həbs edilib.

“İnternet texnologiyaları sahəsində mütəxəssis və qaynım Nazim Ağabəyov absurd narkotik saxlamaq ittihamı ilə həbs edilib, o, 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu, prezident Əliyevin şəxsən mənə qarşı intiqamıdır.

Son vaxtlar hakimiyyət belə bir təcrübə seçib – onları tənqid edənlərin qohumlarından qisas almaq”, deyə Milli yazıb.

“Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Almaniya və digər Avropa hökumətləri baş verənləri sakitcə müşahidə edir, öz biznes maraqları naminə bu kriminal rejimlə yaxşı münasibətləri davam etdirir. Bu ikiüzlülük Əliyev və Putin rejiminə öz hakimiyyətlərini qoruyub saxlamaqda kömək edir”, deyə o yazır.

Amerikanın Səsinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq cəhdi nəticə verməyib.

Xatırladaq ki, ötən həftə hakimiyyət digər mühacir və müxalif jurnalisti, “Azərbaycan saatı” internet layihəsinin rəhbəri Qənimət Zahidin az üç qohumunu həbs edib.

Nazim Ağabəyovun atası Mayis Ağabəyov oğlunun bir neçə gün öncə həbs edildiyini Amerikanın Səsinə təsdiq edib.

“Mənim oğlumla bağlı heç bir məlumatım yoxdur. Onu bir neçə gün qabaq saxlayıblar. Niyə tutublar, harada saxlayırlar, onu da bilmirəm. Oğlum sakit adamdır, öz işi ilə məşğulduir. Yaxşı komputer proqramistidir. Vəkili də yoxdur”, Mayis Ağabəyov qeyd edib.

Bloger Emin Milli 2009-cu il iyulun 8-də Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə həbs edilib ılıb Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il qərarı ilə 2 il 6 ay azadlıqdan məhrum edilib. 2010-cu il noyabrın 19-də Salyan Rayon Məhkəməsində həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxıllıb.

Sonradan o Almaniyaya mühacirtətə gedib və orada Meydan TV onlayn televiziya layihəsini yaradıb.

XS
SM
MD
LG