Accessibility links

Emin Hüseynov: Medianın durumu ağırlaşmaqda davam edəcək [Video-müsahibə]


RATİ-nin direktorunun Amerikanın Səsinə müsahibəsi

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində 2013-cü ildə medianın durumu, həbsdə olan jurnalistlər və blogerlər, media ilə bağlı hökumətin siyasətindən danışıb.

“2013-cü il son on illiklərdə media üçün ən ağır illərdən olub. 9 jurnalist, 2 bloger, 2 hüquq müdafiəçisi həbsdədir”, RATİ direktoru bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə medianın durumu ağırlaşmaqda davam edəcək.

“Ölkədə müstəqil media demək olar ki, qalmayıb. Hökumət jurnalistlərə ev verir, mediaya qrantlar ayırır. Bunlar medianı və jurnalistləri nəzarətdə saxlamağa xidmət edir. Amma, media azadlığının yaxşılaşdırılması, azad biznes mühitinin yaradılması istiqamətində addımlar atılmır”.

Hüseynov bildirib ki, tənqidçi jurnalistlər və blogerlər müxtəlif ittihamlarla həbs edilir.

“Bununla yanaşı jurnalistlərə qarşı baş verən cinayətlər açılmır. Qətllər bağlı olaraq qalır”, o qeyd edib.
XS
SM
MD
LG