Accessibility links

Emin Hüseynov haradadır: ABŞ səfirliyi təkzib edir, prokurorluq, ailə üzvlərində məlumat yoxdur


Emin Hüseynov

Emin Hüseynov

Emin Hüseynovun ailə üzvləri və RATİ-nin əməkdaşları da onun harada olmasından xəbərsizdir

“Son günlər Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun ABŞ-ın Bakıdakı səfirliyinin ərazisində sığınacaq tapması barədə müəyyən media orqanlarında xəbər yayılıb. Bu xəbərlər tamamilə həqiqətə uyğun deyil. Emin Hüseynov ABŞ səfirliyində deyil”. Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Emin Hüseynovun harada olması barədə artıq dördüncü gündür məlumat yoxdur. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi avqustun 8-də RATİ-də və Emin Hüseynovun ata evində axtarış aparıb. Avqustun 11-də isə RATİ-nin ofisinin qapıları prokurorluq tərəfindən möhürlənib.

Emin Hüseynovun ailə üzvləri və RATİ-nin əməkdaşları da onun harada olmasından xəbərsizdir. Baş Prokurorluğun mətbuat xidməti Emin Hüseynovla bağlı hər hansı məlumata malik deyil.

XS
SM
MD
LG