Accessibility links

Emin Milli: Atvyorka ilə bir milyonluq çemodanı açanlar hələ də azadlıqdadır [Video]


Yazıçının Amerikanın Səsinə video müsahibəsi: “Hansısa biz nazirin oğlu 100 minlik əhalini təhqir edirsə ordu və polis onu müdafiə etməməlidir”

Yazıçı Emin Milli Amerikanın Səsinə video müsahibəsində ölkədəki son hadisələrə münasibət bildirib. Onun fikrincə hökumət sosial problemlərə etiraz edənləri deyil, pis idarə edənləri həbs etməlidir.

Müsahibədən seçmələri təqdim edirik:

-
Biz ordunun, polisin gücündən vətəndaşlara qarşı istifadə olunmasına etiraz edirik.

Şüarımız belədir: Polis və ordu bizə qoşulmalıdır, dinc nümayiş edənləri qorumalıdır və bizim təhlükəsizliyimizi təmin etməlidir”;

- “Hansısa biz nazirin oğlu 100 minlik əhalini təhqir edirsə ordu və polis onu müdafiə etməməlidir. Ordunun, polisin, ümumilikdə dövlətin müqəddəs vəzifəsi insan ləyaqətinin qorunmasından ibarətdir”;

- “Quba, Binə, İsmayıllı hadisələrində iştirak edənlərin həbsi göstərir ki, dövlət müqəddəs vəzifəsi olan insan ləyaqətinin qorunması vəzifəsini yerinə yetirmir. Əksinə bir qrup insan hakimiyyəti öz əlində cəmləyib.
Hakimiyyətdən faktiki olaraq xalqa qarşı istifadə edirlər.

”;

- “Həbsdə olarkən düşünürdüm ki, niyə bir milyon dollara deputat yerini satan Gülər Əhmədova həbsdə deyil. Ramiz Mehdiyev, hansı ki, Elşad Abdullayevin videolarında da görünür ki, atvyorka ilə bir milyonluq çemodanı açmaq istəyiblər. Bunlar azadlıqdadır. Niyə bunlara heç nə olmur?;

- Ötən il orduda yüzə yaxın hərbiçi ölüb. Bunlar ermənilər tərəfindən deyil, pis idarəçilik və korrupsiya nəticəsində dünyasını dəyişib. Bütün bunları müzakirə etmək, islahatlar aparmaq əvəzində hökumət tamamilə günahsız dinc, sosial problemləri qaldıran insanları həbs edir”;

Azərbaycan xalqı qanunlarla idarə olunmaq istəyir. Bir qrup feodallar tərəfindən idarə olunmaq istəmir.

- “Yanvardakı həbslər hakimiyyətin mənəviyyatsızlığının son zirvəsidir. Bu qanunsuzdur, konstitusiyaya ziddir. Mən məhkəmədə də dedim, indi də təkrarlayıram Azərbaycan xalqı qanunlarla idarə olunmaq istəyir. Bir qrup feodallar tərəfindən idarə olunmaq istəmir. Bu məsələ Azərbaycanın 9 milyon vətəndaşını, o cümlədən ordunu da, polisi də narahat etməlidir”;

- “Hesab edirəm ki, bu il bütün siyasi partiyalar, insanlar, partiyaları xoşlayan və xoşlamayan ziyalılar bütün şəxsi ambisiyalarını, incikliklərini kənara qoyub bir araya gələcək, bir cəbhədə birləşib bu hakimiyyəti sıradan çıxarıb keçid hökuməti yaradacaq”;

Hökumət idarəçilik sistemini elə vəziyyətə gətirib ki, çox təəssüf ki, insanlar etirazını Misir, Tunis, yəni ərəb ölkələrində olduğu kimi bildirir.

- “İsa Qəmbər, Əli Kərimli, Rüstəm İbrahimbəyov, Eldar Namazov bizim başqa tanınmış ziyalılar Rafiq Əliyev və s. bir namizədi dəstəkləsin. Keçid hökuməti yaradılsın. İki il müddətində prezident respublikasından parlament respublikasına keçid təmin olunsun. Sonra demokratik seçki keçirilsin və istənilən siyasi qüvvə hakimiyyətə gəlsin”;

- “Hökumət idarəçilik sistemini elə vəziyyətə gətirib ki, çox təəssüf ki, insanlar etirazını Misir, Tunis, yəni ərəb ölkələrində olduğu kimi bildirir. Qubada icra hakimiyyətinin evini, İsmayıllıda oteli yandırmaqla etiraz bildirirlər”.
XS
SM
MD
LG