Accessibility links

Əmir Abbas Bənayi Təbrizdə nəzarət altındadır


Əmir Abbas Bənayi Kazımi

Əmir Abbas Bənayi Kazımi

Təbrizli dil haqları müdafiəçisinin bir həftə öncə Ettelaat tərəfindən tutulduğu bildirilir

Hüquq müdafiəçiləri və İran Azərbaycanı ilə bağlı xəbər yayan veb səhifələr bundan əvvəl də dəfələrlə həbs edilmiş türk dil haqları müdafiəçisi Əmir Abbas Bənayi Kazıminin təqribən bir həftədədir Təbrizdə nəzarət altında olunduğu bildirir.

Təbrizli fəalın hansı səbəblə tutulduğuna dair məlumat yayılmayıb, amma Güney Azərbaycan Televiziyasına istinadən, “Bənayi Kazımi bir neçə ay öncə də mağazasının üzərinə asdığı türkcə reklam lövhəsini götürmək istəyən məmurlara qarşı çıxdığı üçün saxlanılmışdı.”

Günaz TV, Araz NewsOyan News kimi saytlar fəalın İranın təhlükəsizlik məmurları tərəfindən həbs edildiyini yazıb.

Əmir Abbas Bənayi Kazımi 2007 ilində Təbriz Mərkəzi Zindanında həbsdə olduğu zaman Amnesty International tərəfindən vicdan məhbusu adlandırılmışdı. Həmin günlərdə Amerikanın Səsinə danışan fəalın anası onun işgəncəyə məruz qaldığını bildirmişdi.

Bənayi Kazıminin anası həmçinin 2007-ci ildə “oğluna qarşı irəli sürülən ittihamların sadəcə türk dilini müdafiə etməsi ilə bağlı olduğunu” söyləmişdi.

XS
SM
MD
LG