Accessibility links

Əmir Seyfəddini- Stokholm şəhərində Haddinge bələdiyyə seçkilərində namizəd


İsveçdə yaşayan güneyli fəal Amerikanın Səsinə Skype müsahibəsində seçki kampaniyasından danışıb

İsveç paytaxtı Stokholmda bazar günü keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürmüş siyasətçilər arasında güney azərbaycanlı fəal Əmir Seyfeddini də var. 21 ildir İsveçdə yaşayan Əmir Seyfeddini liberal-mühafizəkar “Moderate” partiyasının üzvüdür. O, paytaxt Stokholmun Haddinge bələdiyyəsinə seçkilərə qatılıb.

Əmir Seyfəddini Amerikanın Səsinin hər həftə efirə çıxan “Amerika icmalı” proqramına Skype vasitəsilə müsahibəsində seçki kampaniyası və güney azərbaycanlıların İsveçdə fəaliyyətləri haqda danışıb.

Əmir Seyfəddini bələdiyyə seçkilərində iştirak etmək arzusunu uzun müddətidir siyasətə marağı və yaşadığı ölkənin siyasi-ictimai həyatına daha yaxından inteqrasiya olmaq istəyi ilə izah edib. O, İsveçdə yaşayan azərbaycanlıların siyasətdə az təmsil olunduğunu qeyd edib.

Əmir Seyfəddini gənclərin, azərbaycanlıların ikinci nəslinin İsveçin siyasi-ictimai həyatında daha yaxından iştirak edəcəyi ilə bağlı nikbinliyini bildirib.

XS
SM
MD
LG