Accessibility links

Los-Ancelesdə 63-cü Emmy mükafatlarının təqdimatı mərasimi keçirilib


Los-Ancelesdə 63-cü Emmy mükafatlarının təqdimatı mərasimi keçirilib
Los-Ancelesdə 63-cü Emmy mükafatlarının təqdimatı mərasimi keçirilib

Komediya janrında çəkilmiş “Modern Family” serialı ABŞ televiziyasında ən yaxşı şou və fərdi tamaşaya görə 63-cü Emmy mükafatının qalibi oldu.

Fox tele-kanalı ilə yayımlanan “Glee” tele-serialında idman müəlliməsi rolunu ifa edən Ceni Linç Los Ancelesdə keçirilən mərasimin aparıcısı idi.

CBS kanalı ilə yayımlanan “The Good Wife” teleserialında çəkilmiş Culiana Marqules ən yaxşı aktrisa, NBC kanalı ilə yayımlanan “Friday Night Lights” serilaında baş rolun ifaçısı Kayl Çandler isə ən yaxşı aktyor kateqoriyasında ən yüksək mükafata layiq görülüblər.

Martin Skorsez HBO kanalı ilə yayımlanan "Broadwalk Empire" filmində ən yaxşı rejissor işinə görə Emmy mükafatının qalibi olub.

XS
SM
MD
LG