Accessibility links

Ən yaxşı televiziya şousunu müəyyən etmək üçün 64-cü Emmi mükafatı mərasimi bazar günü Los Anceles şəhərində keçirilib.
Mərasimdə "Vətən" televiziya serialı ən yaxşı dram əsəri kimi mükafata layiq gprülüb. Film Əl-Qaidə təsiri altına düşmüş ABŞ əsgəri haqda psixolojı triller janrında çəkilmiş serialdır.

Filmdə ABŞ əsgəri rolunu yaradan aktyor Damian Levis və filmdə əsgərin Əl-Qaidənin əmirlərini yerinə yetirdiyini öyrənən amerikalı kəşfiyyatçı agent rolunda çəkilən Kleyr Danes dram serial janrında ən yaxşı aktyor və aktrisa mükafatlarına layiq görülüb.

Serial ən yaxşı ssennari mükafatı da alıb.

ABC televiziya kanalında yayımlanan üç qohum cütlük və onların uşaqlarının xaotik həyatları haqda komediya janrında çəkilmiş "Müasir ailə" serialı isə ən yaxşı komediya mükafatı alıb.
XS
SM
MD
LG