Accessibility links

"Empire State Building"i yenidən alman yarışcı fəth etdi


"Empire State Building"i yenidən alman yarışcı fəth etdi

"Empire State Building"i yenidən alman yarışcı fəth etdi

Artıq ardıcıl 7-ci ildir alman qaçıçı Nyu-Yorkdakı “Empire State Building”in ən yuxarı mərtəbəsinə çıxmaq yarışında birinci olub.

Tomas Dold binanın giriş dəhlizində 86-cı mərtəbədəki müşahidə bölməsinədək 1600-ə yaxın pilləni 10 dəqiqə 28 saniyəyə qaçıb.

Yarışın təşkilatçıları deyir ki, Yeni Zelandiyadan Melissa Mun isə qadınlardan arasında qaçışın qalibi olub. O, müsabiqəni 12 dəqiqə 39 saniyədə tamamlayıb. Mun bu yarışda 2010-cu ildə də qalib gəlmişdi. Rəsmilər deyir ki, yarışda iştirak üçün 650 qaçıcı qeydiyyatdan keçmişdi.

XS
SM
MD
LG