Accessibility links

BMT müfəttişləri Yaponiyaya səfər edib


Qrup Fukuşima AES-da yoxlanış aparacaq

BMT nüvə müfəttişləri Yaponiyanın zərər görmüş Fukuşima nüvə plantasyasında təmizləmə prosesini nəzərdən keçiriblər.

Beynəlxalq Atom Enerjisi Agentliyi missiyasının 12 üzvünün lideri Xuan Karlos Lentiho Tokioda Yaponiya rəsmiləri və Tokio Elektrik Şirkətinin idarəçisi ilə görüşüb. Bu həftə sonu nüvə plantasyasında təftiş nəzərdə tutulur.

Fukuşima stansiyası 2011-ci ilin mart ayında baş vermiş zəlzələ və sunamidən sonra hələ də tam bərpa olmayıb. Zəlzələ elektrik və soyutma sistemini kəsərək üç nüvə reaktorunda əriməyə səbəb olub. Bu, 1986-cı il Çernobılda baş vermiş nüvə qəzasından sonra ən dəhşətlisidir.

Rəsmilər deyir ki, BMT qrupu Tokio Elektrik Şirkətinin soyutma sistemini zədələmiş sızmanı necə həll edəcəyini müşahidə edəcəklər.

Təftişdən sonra BMT qrupu müstəqil qiymətləndirmə hazırlayaraq, sızmanın qarşısının alınmasına dair məsləhətlər verəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG