Accessibility links

Az əsən küləkdən enerji istehsalı [Video]


Az əsən küləkdən enerji istehsalı
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Günəş batareyaları günəş şüalarının güclü olduğu yerdə daha effektivdir. Beləliklə İnşaat Mühəndisi Tədqiqat Laboratoryasının tədqiqatçıları küləyi tibbi enerji mənbəyi kimi açıq ərazilərdə istifadə etmə qərarına gəliblər.

Açıq ərazidə dörd ay davam edən ölçülər nəticəsində aydın olub ki, axşam saatlarında küləyin orta sürəti 70 faizi saniyədə 3 metrə bərabər və ya az olub. Bu külək turbini üçün çox az olsa da nazik layları dalğalandırmaq üçün kifayətdir.

Çarles Marş: "Nəticə olaraq küləyin çox az olduğu yerlərdə elektrik istehsal edən yeni mexanizm icad etmişik.”

Flutter-Mallard daşına bilən elektrik enerjisi hasil edən cihazının elastik layları var. Laylar qıvrılır, vibrasiya enerjisi elektrikə çevrilir.

Tez-tez dəyişən külək sürətini qəbul edəcək elektronik cihazı qurmaq və bu dəyişkən enerjini sabit elektrikə çevirmək problem idi.

Bunlar tədqiqatçıların üzləşdikləri yeganə problem deyildi.

Çarles Marş: "Başqa bir problem enerjinin ehtiyat üçün saxlanması üçün superhəcmə sahib texnologiya tapmaq idi. Bunun üçün çoxlu araşdırmalar aparıldı."

İllionis Universitetindən bir neçə tələbə lahiyədə iştirak edib.

Cihaz təxminən 3 vat enerji istehsal edir. Tədqiqatçılar indi gün ərzində enerji mənbəyi kimi istifadə oluna biləcək laylardan düzəldilmiş fotovolt batareyalar üzərində təcrübə aparır.

XS
SM
MD
LG