Accessibility links

Avropa məhkəməsi: Ənnağı Hacıbəylinin hüquqları tapdanıb


Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

Hüquqşünas üçün €12600 avro məbləğində təzminat müəyyən olunub

Avropa İnsan Haqları Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti iki maddə üzrə 2010-cu il parlament seçkilərində namizədliyi qeydə alınmamış Ənnağı Hacıbəylinin hüquqlarını pozmaqda təqsirli bilinib. Qərarda 3-cü maddənin 1-ci protokolun (azad seçki hüququ) və 34-cü maddənin (vətəndaşın yuxarı instansiyalara müraciət etmək hüququ) pozulduğu deyilir və Azərbaycan hökumətindən Hacıbəyliyə ümumilikdə €12,600 avro (qeyri-maddi ziyana görə €10,000, məhkəmə xərclərinə görə €2,600) həcmində təzminat ödəmək tələb olunur.

2010-cu ilin oktyabrında müxaifət koalisiyası tərəfindən nominasiya eilmiş Hacıbəyli topladığı imzaları Dairə Seçki Komissiyasına təqdim edərkən bu imzaların bir çoxu etibarsız sayılıb. Komissiya qərarını 675 seçicidən imzalar təqdim edən Hacıbəlyinin minimum 450 etibarlı imza toplaya bilməməsi ilə əsaslandırıb.

Sonradan Mərkəzi Seçki Komissiyası imzaları sırf vizual əsaslarda müayinə etdikdən sonra Dairə Seçki Kommissiyasının qərarını təsdiq edib və beləliklə Ənnağı Hacıbəyli seçkilərdə iştirakdan məhrum edilib. Azərbaycan yurisdiksiyasında olan appelyasiya və ali məhkəmə də Hacıbəylinin şikayətini təmin etməyib.

“Cənab Hacıbəylinin şikayətinə Avropa İnsan Haqları Məhkəsmnində baxılarkən 2014-cü ilin avqustunda onun vəkilinə qarşı cinayət işi qaldırılmış və həbs edilmişdir,” deyə qərarda bildirilir. “Vəkilin ofisində axtarış aparılarkən Ənnağı Hacibəylinin işi ilə bağlı bütün sənədlər müsadirə olunub.”

Məhkəmənin eyni gündə Azərbaycan hökumətinə qarşı qəbul etdiyi ikinci qərarda evindən zorla çıxarılmış Nuriyyə Xalıqova ilə ədalətsiz davranıldığı bildirilir və Azərbaycan hökumətindən ümumilikdə xanıma €62,500 avro həcmində təzminat ödənilməsi tələb olunur. Xalıqovanın evdən məcburi çıxarılması, evinin sökülməsi və hüququnun tapdanmasını tanıyan Avropa İnsan Haqları Məhkəməsi konvensiyanın 1, 5, və 8-ci maddələrinin pozulduğu qənaətinə gəlib.

XS
SM
MD
LG