Accessibility links

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri prokurorluqda ifadə verib


Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli sentyabrın 29-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Onu vəkil Anar Qasımlı müşayiət edib.

Ənnağı Hacıbəyli bir sıra yerli və xarici QHT-lər barəsində qaldıran cinayət işi üzrə şahid qismində dindirilib. Bu barədə Amerikanın Səsinə o özü bildirib.

Hacıbəylinin sözlərinə görə, rəhbərlik etdiyi QHT-nin hesablarına da həbs qoyulub. Dindirildikdən sonra Hacıbəyliyə bildirilib ki, onu yenə istintaqa çağıracaqlar.

Xatırladaq ki, bir sıra yerli və xarici QHT-lər barəsində qaldıran cinayət işi üzrə çoxsaylı yerli və xarici QHT-lər istintaqa cıkb olunub. Bir neçə QHT lideri barəsində həbs qətimkan tədbiri seçilib, çoxsaylı QHT-lərin ofisləri bağlanıb, bank hesablarına həbs qoyulub.

Mövzuya uyğun

XS
SM
MD
LG