Accessibility links

Ercan Yerdelenli: Azərbaycan xalqını Filadelfiyada qurultayda təmsil etməkdən qürur duyuram


Demokrat partiyasının qurultayı çərivəsində Filadelfiyada keçirilən etnik İrs festivalına ilk dəfə olaraq ABŞ-da Azərbaycan diasporunun nümayəndəsi də dəvət edilib. Nyu Yorkda Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli Amerikanın Səsinin Demokrat partiyasının qurultayını işıqlandırmaq üçün Filadelfiyaya ezam edilmiş jurnalisti Dilşad Əliyarlı ilə müsahibədə Azərbaycan diasporunun festivalda təmsil olunmasının əhəmiyyətini vurğulayıb.

Ercan Yerdelenli Azərbaycan diaspora təşkilatının rəbhəri kimi Demorkat partiyasının qurultayında iştirakından qürur duyduöunu bildirib.

`Çox şadam ki, xalqımı ilk dəfə olaraq belə bir qurultayda təmsil edəcəm. Ona görə bayrağımı gətirmişəm, ona görə burada xalqmızın səsini, bayrağımızı ucaltmaq istəyirəm.`

`Məni Azərbaycan xalqını təmsil etmək üçün festivala Demokratların Milli Etnik Koordinasiya Şurası dəvət edib. Mən də bunu özüm və xalqım üçün böyük fürsət bilib buraya gəldim. Filadelfiya Amerika Birləşmiş Ştatlarının Konstitusiyasının yazıldığı bir şəhərdir. Bu il demokratların qurultayı burada keçirilir, respublikaçıların qurultayı isə Klivlend şəhərində oldu. Çox şadam ki, xalqımı ilk dəfə olaraq belə bir qurultayda təmsil edəcəm. Ona görə bayrağımı gətirmişəm, ona görə burada xalqmızın səsini, bayrağımızı ucaltmaq istəyirəm.

`Amerika-Azərbaycan münasibətləri kimin seçkidə qələbə çalmasından asılı olmayaraq, həmişə yaxşı olmalıdır.

Ercan Yerdelenli Amerikada Azərbaycan diasporunun üzvü kimi ABŞ president seçkiləri və bunun Amerika-Azərbaycan münasibətlərinə təsiri ilə bağlı fikriləri ilə bölüşüb.

`Amerika-Azərbaycan münasibətləri kimin seçkidə qələbə çalmasından asılı olmayaraq, həmişə yaxşı olmalıdır. Çünki Azərbaycan üzünü Qərbə, Amerikaya tutub. Azərbaycanın nefti, Azərbaycanın qazı, bütün təbii resursları Türkiyədən keçərək Qərbə gedir. Amerika da bunun fərqindədir. Çünki Amerika da Avropanın müttəfiqidir. İstər Klinton qələbə çalsın, istərsə də Tramp, Azərbaycan, ölkəmiz-dövlətimizlə bağlı olaraq bu seçkiləri yaxından izləyirik. Amma mən daha çox Klintona tərəfəm, çünki Tramp etnik qruplara qarşı fikirlərə malikdir. Biz də burada mühacirik. Ona görə də mühacirlər əleyhinə olan bir partiyanın namizədinin president seçilməsini istəməzdim. Amma dediyim kimi, bu heç vaxt seçkilərdən asılı deyil. İstər Klinton qələbə çalsın, istərsə də Tramp bizim münasibətlərimiz mütləq həmişə yaxşı olmalıdır.`

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG