Accessibility links

Ərdəbil ədliyyə başqanı: 40 nəfərin edam hökmü icra olunacaq


Qulaməli Rzayi
Qulaməli Rzayi
Ərdəbil vilayətinin ədliyyə başqanı narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilmiş təqribən 40 nəfərin yaxınlarda vilayətdə edam ediləcəyini bildirib.

“İdari prosedurlar tamamlandıqdan sonra Ərdəbildə təqribən 40 nəfərin edam hökmü həyata keçiriləcəkdir”, deyən ədliyyə başqanı Qulaməli Rzayinin sözlərini İran dövlətinin rəsmi xəbər agentliyi İRNA yayıb.

Bu ilin iyulunda isə doqquz nəfər Ərdəbil vilayətində asılaraq edam edilib.

“Ərdəbil vilayətində icra etdiyimiz edam hökmləri narkotik qaçaqçılığı ilə mübarizə etdiklərini iddia edən beynəlxalq güclərin ağzına möhkəm bir sillə olub”, deyə cənab Rzayi söyləyib.

Beynəlxalq insan haqları təşkilatları, o cümlədən Amnesty International İranda narkotik qaçaqmalçılığı ittihamı ilə edamların çoxunun ədalətsiz mühakimələr əsasında həyata keçirildiyini bildirir.

“İranda narkotik qaçaqçılığı ittihamı ilə edam edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər”, deyə Amnesty International bəyanatında qeyd edib.

Amnesty International həmçinin ən çox edam riski ilə üzləşən bəzi azlıqlar, o cümlədən bəluçlar, Qərbi Azərbaycan vilayətində yaşayan sünni türklər və İranda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı araşdırmalarını 2011-ci ilin dekabrında nəşr edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG