Accessibility links

Ərdəbildə 5 fəala həbs cəzası, 6 fəala isə bəraət verilib


Ərdəbilli fəallar
Ərdəbilli fəallar

5 ərdəbilli fəal 3 ay və bir gün həbsə məhkum edilib

Ötən ilin noyabr ayında İran Azərbaycanında keçirilən kütləvi etirazlara qatıldıqları zaman Ərdəbildə nəzarət altına alınıb və müvəqqəti olaraq sərbəst buraxıldıqdan sonra “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə mühakimə edilən 11 türk fəal haqqında hökm çıxarılıb.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) açıqladığı məhkəmə sənədinin surətinə istinadən, Ərdəbil İnqilab Məhkəməsi ötən il dekabrın 28-də mühakimə etdiyi fəallar Səid Sadıqifər, Tovhid Əmir Əmini, Saleh Piçqanlı, Meysəm Colani və Möhsün Möhsünzadəni 3 ay və bir ay həbs cəzasına məhkum edib.

Əli Xeyrcu, Əli Vasıqi, Behruz Şahbazi, Murtaza Pərvin, Mehrdad Şahbazi və Rəhim Qulami isə həmin hökmə istinadən bəraət qazanıblar.

Keçən ilin noyabr ayında İranın dövlət televiziyasında uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

XS
SM
MD
LG