Accessibility links

Ərdəbildə 11 fəalın məhkəməsi keçirlib


Ötən noyabr ayında keçirilən kütləvi etirazlara qatıldıqları zaman Ərdəbildə nəzarət altına alınıb daha sonra müvəqqəti olaraq sərbəst buraxılan 11 türk fəal dekabrın 28-də mühakimə ediliblər.

Günaz TV-nin yaydığı məlumata görə, Saleh Piçqanlı, Möhsün Möhsünzadə, Əli Vasıqi, Meysəm Colani, Əli Xeyrcu, Rəhim Qulami, Tovhid Əmir Əmini, Səid Sadıqifər, Murtaza Pərvin, Mehrdad Şahbazi və Behruz Şahbazi “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə günahlandırılırlar.

“Fəallar irəli sürülən ittihamları rədd edərək hakimdən insaf və ədalət anlayışı ilə hökm verməsini tələb ediblər,” deyə yayılan məlumatda bildirilib.

Keçən noyabr ayında İranın dövlət televiziyasının uşaq proqramında türklərin aşağılanması ardından İran Azərbaycanı və Tehranda baş qaldıran kütləvi etirazlarda bir çox fəal polis zorakılığına məruz qalaraq həbs edilib.

XS
SM
MD
LG