Accessibility links

Ərdəbil Ədliyyəsinin veb səhifəsi ötən həftə İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş daha üç məhbusun Ərdəbil mərkəzi zindanının həyətində asılaraq edam edildiyini bildirir.

Ədliyyə saytı edam edilən üç nəfərin 39 yaşlı muğanlı, 37 yaşlı ərdəbilli və 56 yaşlı bir qəzvinli olduğunu bildirib, lakin onların adlarını açıqlamayıb.

Son üç ay ərzində Ərdəbil vilayətində azı 16 nəfər edam edilib. Ayrıca Ərdəbil vilayətinin ədliyyə başqanı Qulaməli Rzayi 40 nəfərin yaxınlarda vilayətdə edam ediləcəyini xəbər verib.

Umumiyyətlə, son zamanlarda Urmiyə, Ərdəbil və Təbrizin mərkəzi zindanlarında icra edilən edam hökmlərin sayının kəskin artdığı bildirilir.

“İranda narkotik qaçaqçılığı ilə ittiham edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar və dini azlıqların nümayəndələri, habelə xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilir”,-deyə Amnesty International İranla bağlı yaydığı bəyanatında qeyd edir.
XS
SM
MD
LG