Accessibility links

Ərdəbildə “Öz dilində mədrəsə” şüarı səsləndirilib [Video]


Ərdəbildə aksiya

Ərdəbildə aksiya

Yerli sakinlər futbol oyunundan sonra yürüş keçirib

Bir neçə gün öncə Güney Azərbaycanın (İran Azərbaycanı-red) Ərdəbil şəhərində “Azərbaycan var olsun - İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirilib. Bu, aprelin 6-da Ərdəbilin “Şəhrdari” futbol takımı ilə Əhvazın “Fulad” komandası arasında keçirilən yarışdan sonra baş verib. Ərdəbilin Təxti stadionunda keçirilən qarşılaşmada Azərbaycan komandası qələbə qazanıb. Bu barədə Gunaz.tv saytı məlumat yayıb.

Məlumata görə, oyundan sonra 100 nəfərdən çox ərdəbilli Şəriəti meydanına toplaşıb və “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndirərək bu şəhərin Sərçeşmə meydanına tərəf hərəkət ediblər.


Şəhərdə milli şüarların eşidilməsindən sonra polis qüvvələri dərhal hərəkətə keçib və hadisə yerinə gəlib, lakin əhalinin sıx və çox olması səbəbindən yığıncağa müdaxilə edə bilməyiblər.

XS
SM
MD
LG