Accessibility links

Azərbaycanlı fəal Ərdəbil cəza məhkəməsinə çağırılıb


Pəyami Nur Universitetinin tələbəsi Məhəmməd Xakpur

Pəyami Nur Universitetinin tələbəsi Məhəmməd Xakpur

Ərdəbilli tələbənin İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırıldığı bildirilir

İranın Germi şəhərindəki Pəyami Nur Universitetinin Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan tələbəsi Məhəmməd Xakpur Ərdəbil Cəza Məhkəməsinə çağırılıb.
“Media forum” saytı xəbər verir ki, İranda Azərbaycan türkcəsinin qorunması istiqamətindəki fəallığına görə Məhəmməd Xakpur indiyədək iki dəfə tutulub, qısa müddət həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Cəzalar sırasında onun universitetdə təhsil almasına iki semestr qadağa qoyulması da var.
Ərdəbilli tələbənin İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırıldığı bildirilir.
XS
SM
MD
LG