Accessibility links

Avqustun 29-da Ərdəbil şəhərinin “Şəhrdari” komandası ilə İsfahanın “Giti Pəsənd” klubu arasında futbol matçı keçirilib. Futbol üzrə İran 1-ci dəstəsi oyunları çərçivəsində keçirilən matç Ərdəbilin Təxti stadionunda baş tutub.

Məlumata görə, yarışda Ərdəbil komandası güclü oyun nümayiş etdirib və öz rəqibini (3 – 0) hesabı ilə məğlubiyyətə uğradıb. Bu nəticədən sonra “Şəhrdari” komandası toplam 3 oyunda öz hesabındakı xalların sayını 7-yə yüksəldib və turnir cədvəlində öz yerini daha da möhkəmləndirib.

Stadionda tamaşaçı qismində iştirak edənlər isə bu matçda doğma komandalarını yalnız buraxmayıb. Onlar oyunçuları təşviq etməklə yanaşı milli şüarlar da səsləndirib.

Ən əsas şüarlar isə oyun bitdikdən sonra stadion ətrafındakı küçələrdə səsləndirilib. Şüar səsləndirən ərdəbilliləri çoxsaylı təhlükəsizlik qüvvələri nəzarətdə saxlamağa çalışıb.

Azarkeşlər hazırda Ərdəbil zindanında saxlanan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisanin də azadlığını tələb ediblər. Lisani və digər məhbus fəalların azadlığını istəyən ərdəbillilər plakatlar qaldırıb və “Ölkəmiz abad olsun – Lisani azad olsun” kimi şüarlar səsləndiriblər.

XS
SM
MD
LG