Accessibility links

Rəcəb Tayyib Ərdoğan: Suriyada sağlam təməl yaradılmadan keçiriləcək seçkilərin heç bir qiyməti yoxdur.


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan WikiLeaks saytında məxfi diplomatik sənədlərin açıqlanması ilə bağlı məhkəmə işi qaldıracağı ilə hədələyib

Türkiyə baş naziri Bəşər Əsədin “seçkilərdə uduzsam bu dəfə hakimiyyətdən gedəcəyəm” bəyanatına münasibət bildirib

“Hazırda Suriyada keçiriləcək seçkilərin inandırıcılığı yoxdur. İnandırıcılığı olmayan bir zəmində keçiriləcək seçkilərin nəticəsi də məlumdur. Bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin Bəşər Əsədin “seçkilərdə uduzsam bu dəfə hakimiyyətdən gedəcəyəm” bəyanatı ilə bağlı sualının cavabında bildirib.

Baş nazir deyib ki, hazırda Suriyada vətəndaş müharibəsi gedir:

"Belə bir şəraitdə keçiriləcək seçkinin nəticəsi artıq indidən məlumdur. Bundan əvvəlcə də, bilirsiniz, bir seçki keçirdilər. Suriya xalqının böyük əksəriyyəti bu seçkilərdə iştirak etmədi. Çünki sağlam bir təməl mövcud deyildi. Burada sağlam bir təməl yaradılmadan keçiriləcək seçkilərin heç bir qiyməti yoxdur. Belə ki, Cenevrədə qəbul olunan qərarlar vardır. Bu Cenevrə qərarlarına Suriya rejimi əməl etməmişdir. Əgər buna əməl etsəydilər daha artıq məsafə qət edilmiş olardı. Kofi Annanın istefa verməsinin səbəbi məlumdur. Hazırda cənab Lahdar Brahimi bu vəzifəni yerinə yetirir. Ancaq o, vəzifəsinin nə qədər çətin olduğunu artıq indidən ifadə etmişdir. Belə bir şəraitdə sağlam bir demokratik təməl yoxdur. Sağlam təməl olmayınca da buradan çıxacaq nəticələrin qəbul edilməsi də mümkün deyildir, - deyə o qeyd edib.
XS
SM
MD
LG