Accessibility links

Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərindən gözləntilər [Təhlil]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Ağ Evdə ABŞ dövlət başçısı Barak Obama tərəfindən qəbul ediləcək. Liderlər Suriya prezidenti Bəşar Əl-Əsədin istefa verməli olduğunda razılaşsalar da, bəzi məsələlərdə ciddi fikir ayrılığı mövcuddur.

Türkiyənin Reyhanlı şəhərində baş verən hücumlardan sonra Ərdoğanın prezident Obamadan Dəməşqə qarşı daha sərt mövqedən çıxış etməsini istəyəcəyi gözlənilir.

Türkiyə Amerikadan uçuşlara yasaq zona yaradılması kimi hərbi müdaxilə mahiyyətli davranış nümayiş etdirməsini istəyəcək. Bu, quruda qüvvə balansını dəyişəcək. Türkiyə əks təqdirdə özünün də münaqişəyə sürüklənə biləcəyini vurğulayacaq.
Sinan Ülgen, ekspert
İstanbulun "Edam" araşdırma institutunun rəhbəri Sinan Ülgenin fikrincə, Türkiyənin baş naziri Obamaya spesifik tələblərlə müraciət edəcək. “Türkiyə Amerikadan uçuşlara yasaq zona yaradılması kimi hərbi müdaxilə mahiyyətli davranış nümayiş etdirməsini istəyəcək. Bu, quruda qüvvə balansını dəyişəcək. Türkiyə əks təqdirdə özünün də münaqişəyə sürüklənə biləcəyini vurğulayacaq.”

Lakin Moskva ilə Vaşinqton Suriya münaqişəsinin sülh yolu ilə həlli məqsədi ilə beynəlxlaq konfransın təşkilində razılıq əldə edib. Müşahidəçilərin fikrincə, Ankaranın ABŞ rəsmilərinin mövqeyini dəyişəcəyi ehtimalı olduqca aşağıdır.

Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasına (AKP) yaxın müşahidəçilər baş nazirin Vaşiqnton səfərinin Suriya müxalifətinin planlaşdırılan sülh konfransına cəlb edilməsi mahiyyəti daşıdığını deyir.

Ankara Suriya müxalifətinin prezident Əsədlə müzakirələri qəbul etməsi əleyhinə olan müttəfiqlər arasında yer alır. Vaşinqton isə məsələyə bir qədər fərqli baxır.
Müxalifət gələn həftə İstanbulda keçiriləcək görüş zamanı konfransda iştirak edib-etməyəcəyinə qərar verməlidir.

Türkiyə və ABŞ liderlərinin müzakirə edəcəyi digər məsələ Türkiyə-İsrail münasibətləri olacaq. 2010-cu ildə Qəzzaya yardım daşıyan flotiliyanın İsrailin hücumuna məıruz qalması və 9 türkün öldürüdülməsi ABŞ-ın bu iki yaxın müttəfiqi arasında əlaqələri gərginləşdirib.

Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Əsli Aydıntaşbaş deyir ki, prezident Obama son zamanlar əldə edilən barışığı genişləndirməyə çalışacaq. Yazarın bildirdiyinə görə, Mavi Mərmərə insidenti ABŞ-Türkiyə münaisbətlərinə müsbət təsir göstərib.

Gündəmə gətiriləcək digər mövzu İraq olacaq. Artmaqda olan təriqətlərarası münaqişələr Bağdadla Ankara arasındakı əlaqələrə mənfi təsir göstərib. Belə ki, İraqın baş naziri Nuri Əl Maliki və Ərdoğan zorakılıqların qızışdırılmasına görə biri-digərini günahlandırır.

“Milliyet” qəzetinin müxbiri Semih İdizin dediyinə görə, İraq həssas bir məsələdir. ”Amerikanın səylərinə baxmayaraq İraqla Türkiyə arasında gərginlik mövcuddur. Ankara Amerikadan İraq hökumətinin sünnilərə qarşı rəftarını yumşaltması üçün təzyiq göstərməsini istəyəcək.”

Ərdoğanın Vaşinqton səfərinin əlaqəri dərinləşdirəcəyinə şübhə yoxdur. Lakin müşahidəçiləri indi düşündrən sual başqadır: Tərəflər regionla bağlı ortaq mövqelərə malik olsalar da, mövcud fikir ayrılıqlarını aradan qaldıra biləcəklərmi?
XS
SM
MD
LG