Accessibility links

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ölüm cəzası ilə bağlı çağırışını bir daha dilə gətirib. O deyib ki, cəzanın bərpası Türkiyədə çoxluğun arzusunun həyata keçməsi olacaq.

Bazar günü Qaziantep şəhərindəki yürüşə qatılan dövlət başçısı bu çağırışının parlamentə ünvanladığını bildirib.

Mən sizin tələbinizi bir daha parlamentə daşıyıram. Onlar məsələni nəzərdən keçirib, qərar verməlidir

“Mən sizin tələbinizi bir daha parlamentə daşıyıram. Onlar məsələni nəzərdən keçirib, qərar verməlidir. Qərarı mən təsdiq edəcəyəm”-deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Qaziantepdə 54 nəfərin ölümünə yol açan hücumdan sonra "Birlik, Bərabərlik ve Qardaşlıq Mitingi”ndə İŞİD və PYD-yə qarşı həyata keçirilən əməliyyatın davam etdiriləcəyinə söz verib.

Dünya və regionu terrordan qorumaq üçün birlikdə hərəkətə çağıran Ərdoğan hər zaman mübarizəyə hazır olduğunu deyib.

Türkiyənin dövlət başçısı bildirib ki, üzərimizə düşən hər bir işi görməkdə qərarlıyıq.

Ərdoğan ölüm hökmünün bərpası çağırışlarını iyul ayı çevriliş cəhdindən sonra tez-tez təkrar edir.

Basqıların hədəfi isə ordu, polis, kəşfiyyat agentləri, jurnalistlər və ziyalılardır.

On minlərlə insan nəzarət altına alınıb və ya işindən uzaqlaşdırılıb.

Amnesty International Ərdoğanı təmkin nümayiş etdrməyə çağıraraq, ölüm cəzasının cevriliş cəhdində əli olanlara tətbiq ediləcəyi barədə xəbərdarlıq verib.

Çevriliş cəhdi zamanı 200-dən artıq insan həyatını itirib. Onlar arasında əsgərlər də var.

XS
SM
MD
LG